Üç saata quraşdırılan bağ evi

21

Latviyanın “Brette Haus” şirkətinin istehsal etdiyi diyircəkli 2 mərtəbəli “bağ evi” 3 saat ərzində quraşdırılır. AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ev həcmcə kiçik olduğundan asanlıqla manipulyator-kran vasitəsilə yük maşınına qoyulur.

Qırmızı rəngli taxta ev qapı, pəncərə və damdan ibarətdir. Bununla belə, burada qonaq otağı, mətbəx və duş da yerləşdirilib. Bağ evinin özülə ehtiyacı yoxdur. O, sadəcə beton üzərində quraşdırılır.