“Tvitter”dən cavab həmləsi: “Tramp irticaçı fərman verib, internetin azadlığını təhdid edir”

78

Hurriyyet.org xəbər verir ki,  “Tvitter” mikroblok xidməti ABŞ prezidenti Donald Trampın sosial şəbəkələr barəsindəki fərmanını “irticaçı və siyasiləşdirilmiş” adlandırıb.

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərman imzalayıb. Fərmanı imzalamazdan əvvəl D.Tramp çıxışında ölkədə sosial şəbəkələrin fəaliyyətinin məhdudlaşdırıla, hətta dayandırıla bildiyini bəyan eləmişdi.

“Tvitter” şəbəkəsinin bu fərmana etiraz olaraq səsləndirdiyi açıqlamada deyilir: “Bu fərman əsas qanuna irticaçı və siyasiləşdirilmiş yanaşmadır. Qanunun 230-cu maddəsi Amerikada innovasiyaları və söz azadlığını müdafiə edir, demokratik dəyərlər təməlinə əsaslanır. Onun birtərəfli şəkildə pozulması gələcəkdə internetin və onlayn çıxışların azadlığını təhdid edir”.

Hurriyyet.org