“Tvitter” hesabı əngəllənən Tramp: “Bizi susdura bilməyəcəksiniz!”

231

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Administrasiyasının rəsmi hesabında Donald Trampın “Tvitter” şəbəkəsindəki hesabının əngəllənməsinə etiraz olaraq dövlət başçısının “Bizi susdura bilməyəcəksiniz!” bəyanatı paylaşılsa da, “Tvitter” dərhal bu açıqlamanı silib.

Trampı açıqlamasına əlavə olaraq bildirib: “Bunun baş verəcəyini əvvəldən demişdim. Biz müxtəlif digər saytlarla danışıq aparırıq və tezliklə geniş açıqlama ilə çıxış edəcəyik. Biz həmçinin, yaxın gələcəkdə öz xüsusi platformamızı yaratmaq imkanlarını öyrənirik”.

Tramp bildirib ki, “Tvitter” söz azadlığını yasaqlamaq məsələsində getdikcə irəli gedir. Trampın sözlərinə görə, “Tvitter”, “hakimiyyətin hədiyyəsi” olaraq, şəbəkədəki açıqlamalara görə məsuliyyətdən azad olunmasaydı, bu qədər uzun müddət işləyə bilməzdi. Artıq uzun müddətdir ki, Tramp sosial şəbəkələrin orada yayılan paylaşmalara görə məsuliyyət daşıması qərarının verilməsinə çalışır.