Türkün hər 100 ildə təkrarlanan zəfər dastanları: Çanaqqaladan-Qarabağa

639

Cəmşid Dərələyəzli

Birinci dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərəFransaAnzaklararasında baş verən dəniz və quru döyüşü. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı  İstanbulu alaraq boğazların  idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq  hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkilər verməsi ilə İttifaq dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi  olaraq əfsanələşmiş, hər Türk vətəndaşının əbədi xatirəsi olaraq, qürur mənbəyinə çevrilmişdir. Eyni zamanda bu zəfər bir  millətin gücünü və  vətənpərvərliyini ortaya qoyaraq, onun  nələr edə biləcəyini bütün dünyaya  göstərmişdir.   Bu onurverici döyüş sonradan Türkün  Qurtuluş Savaşına da bir örnək olmuşdur.  Məhz Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anım Günü olaraq   tarixə keçmişdir.  Müttəfiqlər üçün isə bu döyüş, tarixdə əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Tıpkı, indiki Ermənistan və onun havadarlarının əsgəri və diplomatik bacarıqsızlıqları kimi.

Bəli, yüz il keçəndən sonra tarix təkirar olunur. Belə ki, Çanaqqalada məğlub olanların tör-töküntülərinin nəvələri, bu günkü ATƏT  adı  altında məhz   o günün öcünü almaq üçün, Türküyəyə və onun başı  üzərindən   isə Azərbaycana saldırmaqda davam edirlər. Bu isə ən çox, Orta Doğuda, Ağ dənizdə, Qarabağda  özünü büruzə verir ki,  bu yöndə də üzdə daha çox canıfəşanlıq  göstərənlərdən biri  Fransadır. Çünki,  qeyd edildiyi kimi, 100 ildən artıqdır içlərində bir Çanaqqala hirsi və məyyusluğu var onların. Odur ki də  32 ildir o zaman bir olub da  Çanaqqalanın üzərinə gedənlər, yüz ildən sonra yenə də bir olub “svil” qaydada   açıq və gizli olaraq Azərbaycanın üzərinə yürüdülər. Amma alınmadı, ona görə ki, haqsız  idilər. Ona görə alınmadı ki,  Azərbaycan Türkü  tarixdə   zəif və gücsüz vaxtlarında itirdiyi torpalardan bir an belə  vaz keçmədi və daima bu yöndə qarşısına qoyduğu hədəfə ulaşmaq üçün,  dözdü, səbr etdi, güc toplayıb zamanı gözlədi. Onu da anlamadılar ki,  nə tarix yüz il öncəki tarixdi, nə də Azərbaycan yüz  il öncəki  Azərbaycandır ki, yığışıb məcbur edib 29 may 1918-ci ildə  İravn xanlığının ərzaisini ermənilərə dövlət qurmaları üçün verdiyi kimi, indi də Qarabağda  ikinsi erməni dövlətinin qurulmasına zorən razı salsınlar.

Nəhayyət də, tarix  27 sentiyabr 2020-ci il. Bu tarixdə  Azərbaycan keçmiş ANTANTA tör-töküntülərinin nəvələrinin bütün təhdidlərinə və hədələrinə rəğmən, qardaş ölkələrin mənəvi və siyasi dəstəyi ilə özünün Qarabağda işğal altında olan ərazilərini qaytarmaq üçün, 30  ildən sonra düşmənə qarşı hücüma keçdi.  Bu hücum dünya hərb tarixində yeni bir səhfə açdı. Bəlkə də sonradan tarixçilər bu hücum planına, Azərbaycanın  44 günlük ildırım planı  adını da qoyacaqlar. Bəli Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan ordusu, bu qələbəsi ilə  Türkün  ikinci Çanaqqalasının, Şuşa qalasının zefer dastanını yazmış oldu.

Tarix 08.10.2020-ci il. Qarabağın baş   tacı, qeyrəyt qalası  Şuşanın  azad olunduğu gün. Düzdür ermənilər təslim aktını 10 noyabrda imzalasalar da, əslində qələbə 8 noyabrda Şuşanın qaytarılması ilə əldə olundu. Çünki, Şuşa Qarabağ savaşının kilid açarı  idi. Məhz ermənilər o gün məğlubiyyətlərini etiraf etdilər. Nəyin ki ermənilər, Şuşanın geri alınması  hətta    illərdir (müharibənin gedişatında belə)   erməniyə hər cür dəstək verən havadarlarında belə soyuq duş etgisi yaratdı. Məhz onun nəticəsi idi ki,   derhal hərəkətə keçib Paşinyanı ilk sözdəşməni imzalamağa məcbur etdilər.  Nədən, təbii ki  bu da ayrı bir mövzunun söhbəti.

Bəli ermənilər  Azərbaycan   şahinlərinin Şuşanın azad olunmasında göstərmiş olduqları  rəşadəti, şücayəti qalibiyyəti o gün daha çox gördülər. Ki, onlar sıldırım qayalardan keçib, əlləri və dişləri ilə necə vuruşub da Şuşanı azad etdilər. Son iki yüz ildə bizim yazarlar ermənilərin tarixini (bizim torpaqları necə aldıqları barədə) yazdıqları  kimi, indiki   bu qələbə sayəsində də ermənilər   bizim şanlı tariximizi yazırlar. Yəni   Şuşada bizim  igid qəhrəman oğullarımızın  necə savaşdıqlarını  onlar   yazırlar. Hələ çox yazacaqlar.

Bəs nə idi bizim qalibiyyətimizin, erməni məğlubiyyətinin səbəbləri.
Ən başlıcası, bu dönəmdə Ermənistanın təlxək Baş Naziri Paşinyandan (əslində bu təlxəyin olması dolayısı ilə bizim hədəfə ulaşmamızı bəlkə də surətləndirmiş oldu) fərqli olaraq,  Azərbaycan dövlətinin başında İlham Əliyev kimi, illərdir bir çoxlarının da görə bilmədiyi ciddi, qətiyyətli, əzmikar, vətənpərvər və  əsil diplomat xarekterinə malik bir kişinin olması idi. İkincisi Azərbaycan xalqının vətən və vətənpərvərlik ruhunun yüksək duruşu və vətən qonusunda bir yumuruq  kimi birliyi. Üçüncüsü, vətəni üçün canından keçməyə hazır olan igidlərdən ibarət şanlı Azərbaycan ordusun müasir səviyyədə qurulması. Dördüncüsü və ən əsası isə, uğurunda ölmək üçün yola çıxdığımız  o torpaqların   minillərlə bizim olması. Bu səbəbdən də ermənilər bu müharibəyə vətən müharibəsi demədilər və deyə də bilməzdilər. Amma biz haqlı olaraq vətən müharibəsi dedik. Çünki, bizim müstəsna haqqımız idi. Burası bizim torpaqlar, bizim vətənimiz idi. İllərlə məhz  o torpaqları geri almağın arzusu  ilə çırpındıq, dözdük, səbr etdik.  Nəhayyət də o gün gəldi, çoxdan gözlədiyimiz zaman gəldi,  Ali Baş Komandan qalx ayağa Azərbaycan dedi! Qalxdı ayağa bütün Azərbaycan. İgidlərimiz yollandı döyüşə, sanki  toya -şənliyə   yollananlar  təkin. İlk gündən Fizulidə, Cəbrayılda qırdı düşmənin belini, qorxutdu gözünü. Erməni özü deyir ki, “ sanki dənizdən dalğa kimi, sunami kimi gəlrdi üstümüzə Azərbaycan  əsgəri”. Bəli biz həmin gün dalğa olmuşduq, sunami olmuşduq, hirslə özümüzü Şaşanın dağlarına çatdırıb, çırpılmaq  istəyirdik o laçın qayalara. Çünki, o torpaqlarda şəhi olmuş igidlərin, Xocalı qətlamında qətlə yetirilmiş əli xınalı gəlinlərin, məsum körpələrin ruhları gözləyirdi bizi. İllərdir alnımıza yazılmış qeyrət ləkəsi boğurdu bizi. Məhz bunun nəticəsi idi ki, 44 günə biz 32 ildə etmədiyimizi etdik, tarix yazdıq. Dastan yazdıq. Bütün dünya bu gedişə, bu zəfərə mat qaldı. Hələ çox deyəcəklər, çox yazacaqlar bu dastandan. Sonradan Makron kimi bəziləri də, hətta ağılsız köpəklər ulduza hürüən kimi,  bax beləcə ulduza da hürəcəklər.

Alındıqca ərazilər, ermənilər gedirdilər, getməmişdən də yandırırdılar qaldıqları bizim evləri, hətta kəsirdilər illərdir meyvəsini yedikləri ağacları. Çünki, özlərinin deyildi. Amma, əksinə  1988-ci ildə biz “ermənistandan”, sonradan da   Qarabağdan çıxarılanda bir dənə də olsun evi odlara qalamadıq. Çünki, o torpaqlar da  o evlər də bizim idi. Anam  çıxanda   hətta bütün evləri silib, süpürüb çıxdı. Çıxanda əl açdı göylərə ki, ey ilahi bizlərə nəsib et, təkirar   yurdumuza  dönməyə. Qarabağlı ana 28 il evinin açarlarını cibində gəzdirdi,   nədən  ki,  nə vaxtsa yenidən o açarlarla  bağlı qalan evinin kilidini açmaq üçün.

Bir də bu ermənilərin davası təkcə torpaq deyil ki. Bu millət zaman -zaman qırılmaları qonusunda  genetik xəstədirlər.  Xüsusən də, Türk  xəstəliyi. Odur ki də uşaqları doğulanda, onun qulağına ilk pıçıldadqları söz, “ türk sənin düşmənindir” olar. Sonradan  bu onların körpələrinə ana laylası olar və öz üşaqlarını  beşikdə yatırarkən “yat  balam  yat, yatmasan Türk gəlib səni yeyer” deyə mızıldanarlar. İkincisi isə bu millətin xarekterindəki murdarlığı, xisləti və xəyanətkarlığıdır. Ona görə də tarixdə nə qədər dünyaca ünlü sərkərdələr olub, ömürlərinin sonunda bu milləti yaşatdıqlarının peşmanlığını çəkiblər.
    Bu yaxınlarda, Ermənilərin keçmiş Prezidenti Ter Petrosiyan özü belə bunları etiraf etdi. Ki, bəli “Biz bu xəstəlikdən yaxa qurtara bilməyəcəyik”. Ən əsası da deyir   ki,  biz neçə ki, “Qurban psixologiyasına qalib gəlməmişik, keçmişin komplekslərindən qurtarmamışıq, gələcəyə baxmamışıq müasir və yaşamağa qabil xalq ola bilməyəcəyik”. O sonra da deyir ki, belə olmasa idi “erməni xalqı 1915-ci ildəki faciədən və tarixi vətənlərini itirəndən sonra yeni faciələr yaşamazdı”.

O bununla həm də dolayısı ilə sübut edir ki, ermənilər həmin tarixə kimi öz tarixi torpaqlarını itiriblər və bu bununla da o, onların həm də bizim coğrafiyaya aid omadıqlarını qanıtlamış olur.

Hətta o misal da çəkir ki,   “Bir çox millətlər və dövlətlər fərqli şəraitdə və fərqli səbəblərlə milli fəlakətlə qarşılaşıblar. Məsələ,sarsıdıcı məğlubiyyətdən sonra Almaniya və Yaponiya tamamilə məhv edildi. Osmanlı Türkiyəsi, Böyük Britaniya və Rusiya güclü imperatorluqlarını itirdilər, amma enmədilər, çünki gələcəyə baxdılar”

Nə yazıq ki, Ter Petrosiyan erməni də olsa doğruları etiraf edir. Bu səbəbdəndir ki, onların bu mütiliyi və xəstəliyi onları daima məcbur edib ki, hər kəsin qapısını çalsınlar, ağlasınlar, sızıldayıb özlərini yazıq bir millət olduqlarını dünyaya göstərməklə istəklərinə çatsınlar. Hətta cənab Prezident demişkən  “bunun üçün onlar hər kəsin dabanını belə yalamaqdan çəkinmirlər”.   Amma artıq dünya da onları yaxşı tanımağa başlayıb. Daban yox ey, haranı da yalasalar, artıq  ermənilərin vay -şüvəninə  heç  kim inanmır. Sadəcə Türk düşməni olan, Fransa Prezidenti Makron kimilərindən başqa. O da ermənilərə olan sevgisindən yox, sadəcə onların üzərindən əcdadlarının Çanaqqalada aldığı dərsin, sanki “qisasını” almaqdan dolayı.

Ona görə də, hələlik belə bir “millət”lə qonşu olmağımızı qəbul edib (çünki  tarixin çaqqalları buna bizi məcbur buraxdılar), sadəcə əldə etdiyimiz qələbənin sevincini yaşamaqla  yanaşı, ehtiyatımızı da əldən verməməliyik. Çünki, bu ermənilər yeri gələndə nə qədər də   özlərini yazıq  göstərməyə çalışsalar da, son da onlar qudurmuş itə bənzərlər. Deməli çomaq daima əlimzdə olmalıdır ki, başlarını qaldırıb zingildəyəndə,   hər an başlarını  əzə  bilək.

Amma nə olur olsun, biz  21-ci yüz illikdə Şuşa qalasının qurtuluşu ilə, Türkün ilk zəfər tarixini yazdıq. O tarix ki, əsrlərdə bir kərə olur. 20-ci yüzillikdə   Çanaqqala və  21-ci yüzillkik də isı çalınan Qarabağ  zəfərləri kimi. Bu zəfər ümumi Türkün zəfəri. Bu zəfər  Turana   açılan yolun  müjdəsi. Qazamız  mübarək, bütün zəfərlər sənin olsun, ey uca Türk Milləti! \\Ovqat.com