Türkmənistanda karantin müddətinin 21 günədək artırılması barədə qərar qəbul edilib

54

Dünya təcrübəsini nəzərə alaraq Türkmənistan ərazisində kəskin yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması işinin gücləndirilməsi məqsədilə ölkəyə gələn xarici vətəndaşlar üçün karantin müddətinin 14 gündən 21 günədək artırılması barədə qərar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Türkmənistanda COVID-19 infeksiyası qeydə alınmayıb. Bununla yanaşı, yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ölkədə maska rejimi və digər məhdudiyyətlər tətbiq edilib.

Ölkədə bu il dekabrın 1-dək ticarət (qida və gündəlik mallar mağazaları istisna olmaqla) və iaşə (ziyafət salonları, restoranlar, kafe və yeməkxanalar) müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.