Türklər dronlarla hücuma keçdi! – ƏSƏDİN İKİ GENERALI, POLKOVNİKİ, YÜZLƏRLƏ HƏRBÇİSİ…

9

Hurriyyet.org xəbər verir ki, Bəşər Əsəd rejiminin İdlibdə türk hərbçilərinə hücumuna cavab olaraq Türkiyə Silahlı Qüvvələrinin Hələbə hava hücumu nəticəsində aralarında general-mayor Burhan Rahmunun da olduğu rejim hərbçiləri vurulub.

Türkiyə Silahlı Qüvvələrinə məxsus Silahlı Pilotsuz Uçuş Aparatlarının Cebel el-Zaviyenin şərqində yüksək vəzifəli rejim hərbçilərinin də olduğu bir hərbi toplantıya hava hücumu etdiyi və Əsəd rejiminin 124-cü alay komandanı Burhan Rahmunla birlikdə yüzlərlərlə hərbçinin öldürüldüyü xəbəri yayılıb.

Suriya mənbələrinin yazdığına görə, eyni əməliyyatda aviazərbələr nəticəsində rejim qüvvələrinin iki mühüm şəxsi olan general-mayor İsmayıl Əli və polkovnik Mazen Fevrati də öldürülüb.

Hurriyyet.org