Türkiyəyə verməyin… – İSRAİLİN VAŞİNQTONDAN TƏLƏBİ

    3

    Rəsmi Təl-Əviv Türkiyəyə F-35 qırıcılarının satılması məsələsinə görə böyük narahatlıq keçirir.

    Bu barədə İsrailin "Haaretz” nəşri yazıb.

    Məlumata görə, İsrail Türkiyəyə F-35-lərin imkanlarını artıran texnologiyanın verilməsinin qarşısını almaq üçün ABŞ rəsmiləri ilə danışıqlar aparır. İsrail ABŞ-dan Türkiyəyə ən azından sözügedən texnologiya yazılmamış F-35-lərin verilməsini tələb edir. Bununla İsrail Yaxın Şərqdəki hərbi üstünlüyünü qorumağa çalışır.

    Nəşrə məlumat verən İsrailin yüksək vəzifəli məmurunun sözlərinə görə, İsrail F-35-lərə sahib olan yeganə bölgə ölkəsi olmağı planlaşdırır və buna görə də Türkiyəyə verilməsi nəzərdə tutulan təyyarələr barədə Vaşinqtonla yaxından təmas qurur.

    Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasında F-35 təyyarələrinin Türkiyəyə satışının təxirə salınmasını nəzərdə tutan qətnamə layihəsi qəbul edilib. \\Axar.az

    HURRİYYET.ORG