Türkiyəyə qonşu ölkə TERRORÇULARA YAS TUTDU

    12

    Yunan mətbuatı Qəndildə ölən terorçuların yasını tutur

    Hurriyyet.org xəbər verir ki, Yunanıstanda dərc edilən “RealNews” qəzeti “İşçi partiyasından olan kürd döyüşçülər öldürülür” başlıqlı yazısı ilə Qəndil ətrafındakı əməliyyat zamanı öldürülən 4 nəfər PKK terrorçusunu kürd xalqı ilə eyniləşdirmə siyasətinə davam edib. Qəzetdə PKK terror təşkilatı kimi yox, “fəhlə partiyası”, terrorçular isə partiya üzvləri kimi təbliğ olunur, PKK “bölgədə idarəçilik sahibi” kimi qələmə verilir. Yunanıstan 1990-cı illərdə bir çox PKK üzvü və tərəfdarını siyasi qaçqın kimi torpaqlarına qəbul eləmişdi.

    Hurriyyet.org