“Türkiyəyə qarşı ədalətlə davranılmalıdır” – TRAMP

    51

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan ilə ABŞ prezidenti D.Tramp Yaponiyanın Osaka şəhərində keçirilən G-20 Liderlər Sammiti çərçivəsində görüşüblər. Əsas mövzuları S-400 gərginliyi və Suriyada, Menbiçdə baş verən son hadisələr olan görüş təqribən 35 dəqiqə davam edib.

    Trampdan S-400 açıqlaması: “Ədalətli davranmalıyıq”

    ABŞ prezidenti görüşlə bağlı jurnalistlərə açıqlamasında iki ölkə arasında gərginliyə səbəb olan S-400 hava hücumundan müdafiə sistemləri barəsində danışıb. O deyib: “Bu məsələni müzakirə edirik, lakin bu, ikitərəfli məsələdir. Onlara Türkiyənin ehtiyacı olan “Patriot” sistemlərini almağa imkan vermədilər. Obama hakimiyyəti bunun satışına icazə vermədi. Bu səbəbdən başqa bir raket sistemi almağa məcbur oldular. Tərəfdaşım son dərəcədə dost münasibətimin olduğu şəxsdir və onlar NATO üzvüdürlər.

    İnsanlara qarşı ədalətlə davranmalıyıq. Türkiyəyə qarşı ədalətlə davranılmadı. Müxtəlif həll yollarını müzakirə edirik. Bunun bir problem olduğu aşkardır. Ərdoğanla aramızda dost münasibəti var. Türkiyəyə səfər edəcəyəm, lakin hələ tarix dəqiqləşdirilməyib”.

    Görüşün əvvəlin Ərdoğan qısa bir açıqlama verərək deyib: “Hazırda 75 milyon dollarlıq bir iqtisadi ticarət həcmi nöqtəsinə zirvəyə doğru irəliləmək həmləsi edirik. Müdafaiə sənayesi məsələsində atdığımız və atacağımız addımlar var, lakin hər şeydən əvvəl strateji müttəfiqik. Bu strateji müttəfiqlik bir çox sahədə bir-birimizlə həmrəy olmağa səbəb olur. Bundan sonrakı dövrdə də bu həmrəyliyin eyni şəkildə davam edəcəyinə inanıram”.

    Hurriyyet.org