“Türkiyənin öz qərarıdır, amma…” – AMERİKALI KOMANDİR

    21

    Hurriyyet.org xəbər verir ki, İncirlik bazasının amerikalı komandiri Devid S. İglin Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə raketlərini alması barədə fikir bildirib. İqlin bu qərarın Türkiyəyə məxsus olduğunu vurğulayaraq deyib: “S-400 sistemlərinin alınmasının Türkiyənin ABŞ və NATO ilə müdafiə əlaqəsi ilə bağlı mümkün nəticələri artıq bildirilib”.

    “Habertürk” qəzetinə müsahibə verən İqlin jurnalistin “Fərz edək ki, məsələn, gələcəkdə İncirlik bazasında Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri yerləşdiriləcək. Bunu xəyalınıza gətirə bilirsinizmi?” sualının cavabında deyib: “Bu, Türkiyənin qərarı olacaq. Sizin özünümüdafiə hüququnuza tamamilə hörmət bəsləyirik. Lakin Amerikanın Müdafiə Nazirliyi S-400 alınması ilə bağlı bəzi məsələrdən ehtiyat elədiyini bildirib. S-400 istemlərinin alınmasının Türkiyənin ABŞ və NATO ilə olan müdafiə əlaqələrinə mümkün təsirləri də bəyan edilib”.

    İqlin daha sonra deyib: “ABŞ-ın İncirlik bazasını tərk eləmək planı yoxdur. Buradakı varlığımız – türk hökumətinin də izni ilə – müttəfiqimiz və strateji tərəfdaşımız olan Türkiyə ilə on illərlə davam edən çalışmaq istəyimizin simvoludur”.

    Hurriyyet.org