Türkiyənin müdafiə naziri ABŞ-ın Suriya ilə xüsusi nümayəndəsi ilə görüşdü

    12

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə görüşüb. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Akar ilə Ceffrinin görüşü Belçikanın paytaxtı Brüssel şəhərində, NATO-nun baş qərargahında baş tutub. Tərəflər Suriyadakı, ilk növbədə Menbiçdəki və Fərat çayının şərq sahillərindəki son vəziyyəti müzakirə ediblər.

    Müdafiə naziri Akar ABŞ-ın xüsusi nümayəndəsi Ceffriyə bildirib ki, Türkiyə ABŞ-ın Menbiç məsələsi ilə bağlı verdiyi vədləri yerinə yetirməsini gözləyir.

    Hurriyyet.org