Türkiyənin alacağı S-400-lərlə bağlı NATO-dan AÇIQLAMA

    9

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi, 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək sammit ərəfəsində NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə barəsində açıqlama verib.

    Stoltenberq Türkiyənin Rusiyadan S-400 müdafiə sistemləri alması ilə bağlı deyib: “Hansı hərbi təhcizatdan istifadə edəcəyi hər müttəfiqin özünün verəcəyi qərardır. NATO üçün mühüm olan müttəfiqlər tərəfindən istifadə edilən təchizatın birlikdə fəaliyyət göstərmək qabiliyyətinə sahib olmasıdır”.

    Hurriyyet.org