Türkiyənin uğuru dünyaya səs saldı! – ƏCNƏBİ XƏSTƏLƏR NÖVBƏ GÖZLƏYİR

54

Hurriyyet.org xəbər verir ki, Türkiyənin yeni tipli koronavirusla mübarizədəki uğuru səhiyyə turizmini indidən canlandırıb. Xaricdən tibbi qeydiyyat üçün tələblərin gəlməyə başladığını bildirən xəstəxana rəhbərlikləri deyirlər: “Bu gündən uçuşlara icazə verilsə, Türkiyəyə gələcək yüzlərlə xəstə vardır”.

Səhiyyə turizminin rəhbərləri Türkiyənin 20 may tarixindən etibarən səhiyyə turizmi üçün qapıları açmasının əcnəbilərin Türkiyəyə inamının göstəricisi olduğunu bildiriblər.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının üzvü doktor Servet Terziler mətbuata müsahibəsində deyib: “Virusla mübarizəsinə görə hökumətimizi ayaqüstə alqışlamaq lazımdır. Panikasız sürətli qərarlarla tarix yazıldı. Türkiyə səhiyyədə bir dünya markası olduğunu təsdiqlədi. Türkiyə Avropanın səhiyyə bazası olacaqdır. 20 may tarixindən etibarən Türkiyənin qapılarını səhiyyə turizminə açması əcnəbilərin ölkəmizə etibarının göstəricisidir. Məncə bizim şəhər xəstəxanalarımızı necə dolduracağımızın cavabı artıq gəlib. Uçuşlar açıldığı gün gələcək yüzlərlə xəstəmiz var. Onsuz da müştərilərimizin 70%-i görüşlərini təxirə salmışdılar”.

Türkiyənin Səhiyyə Nazirliyi 20 may tarixindən etibarən səhiyyə turizmi çərçivəsində ölkənin qapılarının 31 ölkədən olan turistlərin üzünə açıldığını bəyan edib. Bu ölkələr arasında İraq, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcəzair, Kosova, Makedonya, Albaniya, Bosniya Hersoqovina, Almanya, İngiltərə də var.

Hurriyyet.org