“Türkiyəni necə dəstəkləyəcəyimizi düşünürük…” – ABŞ XİN-dən AÇIQLAMA

6

Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici  İşlər Nazirliyi İdlibdə Türkiyə hərbçilərinə qarşı edilən hücumla bağlı açıqlama verib.

Açıqlamada İdlibdə türk əsgərlərinə qarşı hücum pislənir və deyilir: “NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq və Əsəd rejimi, Rusiya və İranın dəstəklədiyi qüvvələri bu alçaq hücumlara dərhal son verməyə çağırırıq. Prezident (Donald Tramp) və nazirin (Mayk Pompeo) söylədiyi kimi, Türkiyəni bu böhranda ən yaxşı şəkildə necə dəstəkləyəcəyimizlə bağlı variantlar üzərində düşünürük”.

Hurriyyet.org