“Türkiyəni bu fəaliyyəti dayandırmağa çağırırıq” – ABŞ XİN

6

Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Türkiyəni Kipr sahillərindəki bütün qazma-kəşfiyyat işlərini dayandırmağa çağırıb.

Vaşinqtonda yunan müxbirin sualına cavab verən ABŞ XİN mətbuat katibi deyib: “Birləşmiş Ştatlar Kipr sularındakı Türkiyə qazma işləri ilə əlaqədar dərin bir narahatlıq keçirməkdədir. Türkiyə tərəfini bu fəaliyyəti dayandırmağa çağırırıq”.

Bütün tərəfləri müzakirəyə edən XİN nümayəndəsi deyib: “Bütün dövlətləri anlaşılmazlıqlarını sülh yolu ilə və Beynəlxalq Dənizçilik Qanununa uyğun şəkildə həll eləməyə çağırırıq. Şərqi Aralıq dənizində enerji mənbələrinin inkişafı əməkdaşlığını təşviq eləməli, iki cəmiyyət və qonşular arasındakı dialoqu gücləndirməli və davamlı enerji təhlükəsizliyi və iqtisadi rifah üçün təməl yaradılmalıdır”. O, tərəflərin karbohidrogen yataqlarını bərabər şəkildə bölüşdürməsinin lazım olduğunu da söyləyib.

Hurriyyet.org