Türkiyəli məşhur sənətçinin koronavirus qorxusu – Təyyarəyə minmədi

9

Türkiyəli məşhur müğənni Gülben Ergen koronavirusa görə məhkəməyə getməyib.
Hurriyyet.org
yeniavaz.com-a istinadən xəbər verir ki, sənətçi bu gün İstanbul Çağlayan Məhkəməsində keçiriləcək prosesdə iştirak etməyib.
Onun vəkili Ergen məhkəmədə sənətçinin koronavirusa görə təyyarəyə minmədiyini və buna görə də İstanbula gələ bilmədiyini deyib. O, sənətçinin növbəti prosesdə iştirak edəcəyini qeyd edib.
Tərəflərin vəkilləri dindirildikdən sonra məhkəmə prosesinin növbəti iclası bir həftə sonraya təyin edilib. Əsassız səbəbdən prosesə gəlməyəcəyi təqdirdə müğənninin məhkəmə zalına zorla gətiriləcəyi deyilib.
Qeyd edək ki, sənətçini keçmiş əri Erhan Çelik məhkəməyə verib. O, Gülben Ergen üçün 2 il 4 ay həbs cəzası tələb edib.