Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb

30

2019-cu ildə Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı 2018-ci illə müqayisədə 5,07 faiz artaraq 322,295 milyon dollar təşkil edib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Ötən ilin dekabrında Türkiyədən Azərbaycana 28,54 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edilib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 22,98 faiz çoxdur.

2019-cu ildə Türkiyənin kimyəvi məhsul ixracı 2018-ci illə müqayisədə 18,06 faiz artaraq 20,57 milyard dollar təşkil edib.

2019-cu ildə Türkiyənin kimyəvi məhsul ixracının payı ümumi ixracın 11,4 faizini təşkil edib.

Ötən ilin dekabrında Türkiyə 1,811 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 20,5 faiz çoxdur.

2019-cu ilin dekabrında Türkiyənin kimyəvi məhsul ixracının payı ümumi ixracın 11,8 faizini təşkil edib.