Türkiyədən İngiltərəyə “hərbi baza” açıqlaması

66

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Kiprdəki İngiltərə bazaları ilə bağlı razılaşmanın qüvvəyə minməsi barəsindəki sualın cavabında deyib: “Cənubi Kipr Yunan Respublikası ilə Birləşmiş Krallıq arasında 2014-cü ildə imzalanmış, adadakı suveren İngiltərə bazalarındakı daşınmaz əmlakın sahibləri tərəfindən istifadə edilməsi ilə bağlı müqavilə qüvvəyə minib. Bazalar bölgəsində statusun dəyişməsi demək olacaq bu müqavilənin məzmunu barəsində təminatçı mövqeyindəki Türkiyə və 1960-cı il razılaşmalarında imzası olan Şimali Kipr Türk Respublikası tərəfi ilə vaxtında məşvərət aparılmaması qəbuledilməzdir. Bu çərçivədə Şimali Kipr rəsmilərinin açıqlamalarını dəstəkləyirik. Bu bölgədə sadəcə Kipr yunanlarının deyil, Kipr türklərinin də mülkü, vaz keçilməz hüquq və mənfəətləri mövcuddur. Təminatçı mövqeyindəki Birləşmiş Krallıq bu razılaşmanı qüvvəyə mindirməklə bir daha Kipr türklərinin hüquqlarına göz yumur, adadakı tərəflər arasındakı tarazlığa, siyasi bərabərlik prinsipinə və dolayısı ilə Kipr probleminin həlli istiqamətindəki səylərə zərər verir”.

Hurriyyet.org