Türkiyədə yürüş keçirildi – TERRORA QARŞI

    24

    Türkiyənin Mardin şəhərində terrora qarşı və övladları PKK terror təşkilatı mənsubları tərəfindən dağlara qaçırılan analara dəstək məqsədilə yürüş keçirilib.

    Hurriyyet.org yerli KİV-ə istinadən xəbər verir ki, Mardinin mərkəzi Artuklu rayonunda yerləşən “15 iyul – Demokratiya və Şəhidlər” parkında toplaşan vətəndaşlar əllərində Türkiyə bayraqları ilə şəhərin Ravza prospekti boyunca yürüş ediblər.

    Tədbirdə terror təşkilatlarına, o cümlədən PKK-ya qarşı şüarlar səsləndirilib. İştirakçılar ölkəni bölmək və parçalamaq istəyənlərə qarşı hər zaman bir yerdə olacaqlarını bildiriblər.