Türkiyədə yanan gəmi SOCAR-ın deyil – RƏSMİ

    33

    Dünən axşam saat 23:20 radələrində Petkim limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib.

    Hurriyyet.org xəbər verir ki, bu barədə "APA"ya “SOCAR Türkiyə”dən bildirilib.

    "Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülmüş, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir", – deyə “SOCAR Türkiyə”dən qeyd olunub.

    Məlumata əsasən, bütün gəmi əməkdaşları təxliyə edilmiş; yaralı bir gəmi əməkdaşı vəfat etmiş , qazdan zəhərlənən bir nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilmişdir. Yanğının səbəbi araşdırılır.

    Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb.