Türkiyədə terror: Polisləri daşıyan avtobus partladıldı – FOTOLAR

    27

    Türkiyənin Adana şəhərində Çevik Polis Alayının əməkdaşlarını daşıyan avtobus partladılıb.

    Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Türkiyənin Adana vilayətinin Yürəgir rayonun mərkəzində Çevik Qüvvət Polislerini daşıyan xidməti avtobusa bombalı hücum təşkil edilib.

    Hadisə səhər saat 07.20 radələrində Selahatin Eyyubi məhəlləsində baş verib.

    Terrorda zirehli xidmət avtomobili və ətrafdakı nəqliyyat vasitələri zərər görüb.

    Ölən və yaralılar barədə məlumat verilmir. Hadisə zamanı yaralanan 5 polis əməkdaşı təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıb.

    Türkiyədə terror:Polisləri daşıyan avtobus partladıldı (FOTOLAR)Türkiyədə terror:Polisləri daşıyan avtobus partladıldı (FOTOLAR)Türkiyədə terror:Polisləri daşıyan avtobus partladıldı (FOTOLAR)