Türkiyədə terror aktının qarşısı alındı – 5 PKK-çı saxlanıldı

    12

    Türkiyənin qərbindəki İzmir vilayətində terror aktının qarşısı alınıb.

    Hurriyyet.org xəbər verir ki, polis tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının 5 üzvü saxlanılıb.

    Əməliyyat zamanı terrorçuların bir sıra dövlət orqanlarına hücum planları aşkar edilib.

    Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir./trend/