Türkiyədə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: ilk dəfə süni zəka mühəndisliyi ixtisasına qəbul başlandı

    12

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Hacettepe Universitetinin internet saytında verilən açıqlamada Süni Zəka Mühəndisliyi bakalavr proqramına qəbulun başladıldığı bildirilib. 4 illik təhsil ərzində Türkiyədə ilk dəfə olaraq tələbələrə süni zəka mühəndisliyi ixtisası tədris ediləcək. Universitetin açıqlamasında deyilir: “Hazırkı dövrdə elm və texnologiyada baş verən inkişafın mühüm bir hissəsində artıq süni intellekt rol oynamaqdadır və qarşıdakı illərdə də bu yanaşmanın genişlənərək davam edəcəyi proqnozlaşdırılır. Rəqəmsal məlumat miqdarındakı artım bu tərz məlumatların işlənməsini və onların avtomatik şəkildə qiymətləndirilməsini məcburiyyətə çevirib. İqtisadi məlumatları da nəzərdən keçirdikdə çağımızın ən uğurlu proqram şirkətlərinin (Google, Facebook, Microsoft gibi) bu sahədə çalışan və bu sahəsahədə çalışan və bu sahəyə investisiya qoyan şirkətlərdən ibarət olduğu bəlli olur. 2019-2020-ci dərs ilində universitetimizə tələbə qəbuluna başlayacağımız bu proqram da bu inkişaf zəminində istedadlı tələbələrimizə süni intellekt sahəsində keyfiyyətli təhsil vermək və ölkəmizin bu sahədə ehtiyac duyduğu mühəndislər yetişdirmək üçün hazırlanıb”.

    Hurriyyet.org