Türkiyədə saxta içkidən kütləvi ZƏHƏRLƏNMƏ

    24

    Türkiyənin Mərsin şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə qeydə alınıb.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xəstəxanalara yerləşdirilən şəxslərdən beşi həyatını itirib. Daha 14 nəfərin müalicəsi davam etdirilir. Onlardan dördünün vəziyyəti ağırdır.

    Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

    Faktla bağlı cinayət işi açılıb. Dörd nəfərin həbs olunduğu bildirilir.