Türkiyənin Elazığ vilayətində baş verən zəlzələdə 4 mərtəbəli binanın dağıntısından 12 yaşındakı bir uşaq sağ çıxarılıb.
Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, qapının üzərinə düşməsi nəticəsində sıxışıb köməksiz qalan uşaq 5 saat sonra tələfatdan zərər çəkmədən xilas olunub.
Qeyd edək ki, 6,8 bal gücündəki yeraltı təkanların episentri Sivricə rayonunda yerin 5 kilometr dərinliyində yerləşib.