Türkiyədə hərbi xidmətin müddəti endirildi – 92 İLDƏN SONRA

    33

    Türkiyədə "Hərbi xidmət haqqında" qanuna 92 ildən sonra dəyişikliklər edilib.

    Hurriyyet.org apa ya istinadən xəbər verir ki, dəyişikliklər Türkiyə Böyük Millət Məclisində qəbul olunub. Bu gün TBMM-də qəbul edilən qanun layihəsi təsdiq olunmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

    Türkiyədə 1927-ci ildə qəbul edilən "Hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklər arasında ödənişli hərbi xidmətin müddətli olması, əsgərlik müddətinin 6 aya endirilməsi, eyni zamanda 130 min əsgərin erkən tərxis olunması da yer alıb.