Türkiyədə fövqəladə vəziyyətin müddətinin uzadılması yenə gündəmdə

    3

    Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) ölkədə fövqəladə vəziyyətin müddətini uzatmağa çağırıb.

    Hurriyyet.org-un Trend-ə istinadən məlumatına görə, MHP bunu ölkədə hələ də Gülən hərəkatı və PKK ilə bağlı təhlükənin qalması ilə izah edib.

    Qeyd edək ki, son dəfə uzadılan fövqəladə vəziyyət bu il iyulun 19-da bitməlidir.

    Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət 2016-cı il iyulunda dövlət çevrilişə cəhddən sonra tətbiq edilib.