Türkiyədə daha 32 hərbçi saxlanıldı

    15

    Ankarada FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində 32 hərbçi saxlanılıb.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.

    Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

    Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.

    Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.