Türkiyədə CHP-nin prezidentliyə namizədi dəqiqləşdi

    18

    Türkiyədə keçiriləcək prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi dəqiqləşib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu gün ana müxalifət partiyasının parlamentdə 116 millət vəkilinin iştirak etdiyi qapalı qrup toplantısında millət vəkili Muharrem İncenin CHP-nin prezidentliyə namizəd olması barədə qərar qəbul edilib.

    Artıq paytaxt Ankaranın küçələrində Muharrem İncenin portretləri asılır.

    Bu gün saat 11.00-da CHP lideri Kamal Kılıçdaroğlu Ankarada keçiriləcək rəsmi tədbirdə partiyanın prezidentliyə namizədinin adını rəsmən açıqlayacaq.