Türkiyədə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb – YENİLƏNİB

18

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər ölüb.

Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, bəzi bölgələrdə zəlzələ nəticəsində xəsarət alan şəxslər var. 


22:50***

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub.

Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar nəticəsində iki nəfər yaralanıb.

Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu isə bildirib ki, hazırda dağıntıların olub-olmaması ilə bağlı araşdırma aparılır: "Əməkdaşlarımız hadisə yerindədir"-deyə, o bildirib.

Eyni zamanda Sivrice rayon bələdiyyəsinin sədri Turay Gündoğan bildirib ki, baş vermiş zəlzələ nəticəsində tələfat qeydə alınmayıb. \\Report