Türkiyədə FACİƏ – Onlarla ölü, çox sayda yaralı var

    24

    Türkiyənin Van vilayətində qaçqınların olduğu mikroavtobus qəzaya uğrayıb.

    Hurriyyet.org redaktor.az-a istindən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər həyatını itirib. 27 yaralı var. Yaralılar xəstəxanalara yerləşdirilib.

    Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Ölənlərin hansı ölkənin vətəndaşları olduğu hələlik məlum deyil. Əraziyə çox sayda xilasedici cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.