Türkiyədə 60 nəfər qidadan zəhərləndi

    18

    Ankaranın Sincan rayonunda sənaye sahəsində çalışan 60 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sincan Mütəşəkkil Sənaye Bölgəsində baş verib.

    Müəssisənin 60 işçisi yedikləri yeməkdən sonra mədə bulantısı və baş dönməsi şikayəti ilə xəstəxanalara aparılıb.

    İşçilərdən heç kimin həyatının təhlükədə olmadığı bildirilir.