Türkiyə YENİ ƏMƏLİYYAT siqnalı verdi – “Zeytun budağı”ndan sonra NÖVBƏDƏ…

    6

    Prezident Ərdoğan: “Afrin bölgəsindəki terrorçuları təmizlədik, indi növbə başqa bölgələrdədir”

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Chatham House analitik mərkəzindəki çıxışı zamanı deyib: “Suriyadakı boşluqdan istifadə edərək sərhədlərimiz boyunca terror dəhlizi yaratmağa çalışan PYD/YPG terrorçularına qarşı mübarizəmizdə qarşımızda guya müttəfiqimiz olan, guya terrora qarşı olan ölkələr çıxırlar. Bütün bunlara rəğmən “Zeytun budağı” əməliyyatı ilə Afrin bölgəsindəki bu terrorçuları təmizlədik və təmizləməkdəyik. İndi növbədə o biri bölgələrindir”.

    Hurriyyet.org