Türkiyə və Yunanıstan gəmiləri Egey sularında toqquşdu

    15

    Egey dənizinin Midilli adası sahillərində Türkiyəyə aid yük gəmisi ilə Yunanıstan hərbi gəmisi toqquşub.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Məlumatda ölən və yaralananın olmadığı və ətraf mühitə zərər dəymədiyi qeyd edilib. Xəbər Yunanıstanın Dəniz Qüvvələri tərəfindən də təsdiq edilib.

    Hadisənin necə baş verdiyi haqqında hələ ki, ətraflı məlumat verilməyib. Ancaq Yunanıstan mediasında olay geniş yer tutub.