Hurriyyet.org xəbər verir ki, Mardin, Hakkari və Şırnakda həyata keçirilən əməliyyatlar zamanı 15 nəfər terrorçu zərərsizləşdirilib.
Türkiyənin Daxili İşlər Nazirliyinin terrorla mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı Mardində 2 nəfər terrorçu, Hakkaridə (Kırıkdağ) 5 terrorçu, Şırnakda 8 terrorçu olmaqla ümumilikdə 15 terrorçunun zərərsizləşdirildiyi bəyan edilib. Mardindəki əməliyyat hələ də davam edir. TSQ-nin bu səhər verdiyi açıqlamada da 7 terrorçunun zərərsizləşdirildiyi bildirilmişdi.
Hurriyyet.org