Türkiyə parlamentində 6 saatlıq QAPALI İCLAS KEÇİRİLİB

9

Türkiyə Böyük Millət Məclisində Türkiyə Xarici İşlər və Müdafiə nazirlərinin iştirakı ilə keçirilən qapalı iclas sona çatıb.

Yerli vaxtla saat 15:00-da başlayan iclas 6 saat çəkib. Nazirlər iclasda Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatı və İdlibdə baş verən son hadisələr haqqında parlamenti məlumatlandırıblar. 

Qeyd edək ki, iclasın protokolları 10 il müddətinə qapalı qalacaq. \\APA