Türkiyə kosmosa astronavtlar göndərmək istəyir

    6

    Türkiyənin məqsədlərindən biri kosmosa astronavtlar göndərməkdir.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hakimiyyətindəki mənbə deyib.

    O bildirib ki, bu tapşırığın reallaşdırılmasına ölkədə milli kosmik agentliyinin yaradılmasından sonra başlamaq planlaşdırılır.

    Mənbə qeyd edib ki, hazırda ölkədə kosmik agentliyinin yaradılması üzrə iş gedir:

    "Milli agentliyin yaradılması Türkiyə hakimiyyəti üçün mühüm prioritetlərdən biridir".

    Qeyd edək ki, Türkiyədə kosmik agentliyinin formalaşdırılması 2023-cü ilə planlaşdırılır və 6 milyard dollar ayrılacaq.