Türkiyə İsrail səfirini ölkədən qovdu – DİPLOMATİK QALMAQAL

    9

    İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Hurriyyet.org xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb dünən Qəzza da baş verən qanlı hadisələrdir.

    Məlumata görə, israilli diplomata Qəzza-İsrail sərhədindəki hadisələr səbəbiylə etiraz edilib.

    XİN-dəki mənbələrə görə, İsrail səfirinə Türkiyənin Təl-Əvivdəki səfirinin məsləhətləşmələr üçün Ankaraya çağırıldığı və onun da bir müddət sonra ölkəsinə dönməsinin uyğun olacağı bildirilib.

    “Haaretz” qəzeti də yazıb ki, səfir Eitan Naehdən Türkiyədən ayrılması istənilib./publika.az/