Türkiyə ilə Əsəd qüvvələri QARŞI-QARŞIYA: hücumun edildiyi mövqelər vuruldu

    9

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi dünən axşam Suriyanın hökumət qüvvələrinin Türkiyə hərbçilərinin qurduğu 10 nömrəli nəzarət məntəqəsinə hücumundan sonra cavab atəşi açıldığını bildirmişdi. Nazirliyin bu gün səhər verdiyi açıqlamda İdlibdəki nəzarət məntəqəsinə hücumun edildiyi rejim mövqelərinin güclü vurulduğu bildirilir.

    Dünən Əsəd qüvvələrinin hücumu nəticəsində bir türk əsgəri şəhid olmuş, üçü isə yaralanmışdı.

    Rusiyanın Ankaradakı attaşesi Baş Qərargaha çağrıldı

    Xəbər verdiyimiz kimi, Milli Müdafiə Nazirliyinin açıqlamasında məsələ ilə əlaqədar Rusiyanın Ankaradakı attaşesinin Türkiyənin Baş Qərargahına çağrıldığı da bildirilmişdi.

    Hurriyyet.org