“Türkiyə F-35 proqramından 9 milyard dollar itirəcək” – Pentaqon

    3

    ABŞ-ın Müdafiə Nazirliyi Türkiyənin F-35 təyyarələrinin yaradılması proqramından çıxarılması ilə əlaqədar maliyyə itkilərini açıqlayıb.

    Hurriyyet.org report-a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların müdafiə nazirinin müavini Ellen Lord bildirib

    Pentaqon rəsmisinin məlumatına görə, Türkiyənin maliyyə itkiləri 9 milyard dollar təşkil edəcək.

    “Türkiyə, təəssüf ki, iş yerləri və bəzi iqtisadi imkanlar itirəcək. Bu ölkə F-35 proqramı üzrə kooperasiya proqramı çərçivəsində yönəldilmiş vəsaitdən 9 milyard dollar əskik alacaq”, – deyə o vurğulayıb.

    Pentaqon rəsmisinin sözlərinə görə, Türkiyə F-35 üçün 900-dən çox detal istehsal etməli idi.