Türkiyə “dərin dövləti”nin adamından ŞOK SÖZLƏR: “Ərdoğana bunları…”

    6

    Vatan” partiyasının sədri, Türkiyə “dərin dövləti”nin adamı hesab olunan Doğu Perinçek Rusiya mediasına verdiyi açıqlamada maraqlı məqamlara toxunub.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Perinçek Ərdoğanın onların mövqeyindən çıxış etdiyini bildirib.

    “Ərdoğanı ABŞ-ın Böyük Yaxın Şərq Planından biz çıxartdıq, FETÖ ilə mübarizə aparmasını təmin etdik, PKK-nı məhv etmək strategiyasını biz təqdim etdik”, – deyə o bildirib.


    Perinçek 2010-cu ildə Ərdoğanın “kürd açılımı” layihəsini xatırladıb: “Ərdoğan kürd problemini həll etmək üçün PKK ilə görüşmək xəttini yürüdürdü. Ona PKK ilə döyüşməyin ABŞ-la döyüşmək olduğunu və bu silahlı terror təşkilatının ABŞ tərəfindən idarə edildiyini bildirdik. Biz PKK-nın yalnız hərbi yolla sıradan çıxarıla biləcəyini qeyd etdik. Nəticədə, Ərdoğan da türk əsgərinin PKK-nı məhv etmək strategiyasını dəstəklədi”, – deyə o bildirib.