Türkiyə bölgəni tamamilə mühasirəyə aldı – TERROR PLANI POZULDU

    6

    Hurriyyet.org xəbər verir ki, Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını uğurla başa çatdıran Türkiyə Suriya sərhədi boyunca ABŞ tərəfindən dəstəklənən YPG/PKK-nin qondarma vilayətlər yaratmağa çalışdığı terror dəhlizi planını pozub. Növbə Menbiçdəki YPG yuvasınındır.

    Türkiyə özünün Suriya ilə sərhədində milli təhlükəsizliyi üçün ciddi təhdid yaradan “terror dəhlizi” planını son 1.5 ildəki diplomatik manevrlər və hərbi gücü ilə böyük miqyasda pozmağa müvəffəq olub. “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını uğurla başa çatdıran Türkiyə Suriya sərhədi boyunca ABŞ tərəfindən dəstəklənən YPG/PKK-nin qondarma vilayətlər yaratmasının qarşısını alıb, İdlib bölgəsində qurduğu 12 nəzarət məntəqəsi ilə aypara şəklində türk əsgərinin nəzarət sahəsini yaradıb.

    Beləliklə, türk hərbçilərinin terrorun caynağında olan Suriya ərazilərindəki varlığı Cerablusdan Yayladağı bölgəsinin altına düşən hissəyə qədər təqribən 200 kilometlik xətt üzərində qurulub. Dərinlik isə Reyhanlıdan quş uçuşu məsafəsindən 100 kilometrə çatıb.

    İyunun 4-də Amerikada

    Bundan sonra nəzərlər iyunun 4-də ABŞ-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Mayk Pompeo arasında, Menbiçdəki YPG varlığı barəsində aparılacaq danışıqlara dikilib.

    Hurriyyet.org