Türkiyə Aİ-ni ittiham etdi: “RİYAKARLIQDIR!”

    15

    Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz mövqe tutmaqda ittiham edib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    Bəyanatda qeyd olunur ki, Aİ növbəti dəfə Türkiyəyə qarşı ədalətsiz və qeyri-səmimi münasibət sərgiləyib:

    "Türkiyənin Aİ-dən uzaqlaşması barədə bəyanat riyakarlıqdır və həqiqətə uyğun deyil".

    Qeyd edək ki, ötən gün Avropa İttifaqı bəyanat yayaraq rəsmi Ankaranın getdikcə Aİ-dən uzaqlaşdığını və tərəflər arasında danışıqların dalana dirəndiyini bildirmişdi.