Türkiyə Afrininin narkoticarət mərkəzinə çevrilməsinə imkan vermədi

21

Hurriyyet.org xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünənki çıxışında narkotik cinayətləri ilə mübarizə sahəsində atılan addımlardan danışarkən deyib: “Əgər Türkiyə “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin vilayətini terrorçulardn təmizləməsəydi, artıq PKK terrorçuları Suriyanın bu rayonunu dünyanın ən böyük narkotik ticarəti mərkəzinə çevirərdilər”.

Nazirin sözlərinə görə, Qərbdə səhvən elə düşünürlər ki, PKK terrorçularının maraqları Avropa ölkələrinin və ya ABŞ-ın planları ilə üst-üstə düşə bilər.

“Qərb ölkələri uzun illərdir ki, terror təşkilatını dəstəkləyir, o cümlədən maliyyə və silah yardımı edirlər, terrorçulara sığınacaq verirlər. Qərbdə səhvən elə güman edirlər ki, əgər PKK yaraqlıları bu ölkələrdə terror aktları törətmirlərsə, terrorçuların narkotik ticarəti etməsinə göz yummaq olar”.

Nazir Türkiyədə narkotiklərə qarşı kütləvi mübarizənin davam elədiyini bildirib. Soylu deyib: “Nartkotik ticarətinə qarşı əməliyyatlar təkcə Türkiyə daxilində yox, həm də beynəlxalq sularda, o cümlədən Liviya sahillərində aparılır. 2018-ci ildə Türkiyədə narkotik asılılığından ölənlərin sayı 657 nəfər idisə, 2019-cü ildə narkotikdən ölüm halları azalaraq 255-ə düşüb”.

Hurriyyet.org