Türkiyə səması iyun ayından etibarən uçuşlara açılacaq

18

Hurriyyet.org xəbər verir ki, “Türkiyə Hava Yolları” (Turkish Airlines) şirkəti 10 iyun tarixində beynəlxalq reysləri bərpa eləməyi planlaşdırır. Bu barədə açıqlamanı şirkətin direktorlar şurasının başçısı İlker Ayci verib.

Ayci qeyd edib ki, təyyarənin salonuna yalnız kiçik çantaların gətirilməsinə icazə veriləcək.

Türkiyə daxilindəki reyslərin 4 iyun tarixindən açılması planlaşdırılır.

Hurriyyet.org