“Türkiyə Liviyada balansı dəyişdirdi” – DÜNYA MƏTBUATI

36

Hurriyyet.org xəbər verir ki, Liviyadakı qanuni hökumət qüvvələrinin strateji Vatiyyə bazasını qiyamçı Həftər döyüşçülərindən alması dünya mətbuatında manşet xəbərə çevrilib.

Həftərin ən böyük hücum bazasından məhrum olmasına görə Liviya hökumətinin Türkiyənin hərbi və logistika dəstəyinə borclu olduğu qeyd edilir.

 “İndependent” yazır: “Türkiyə ilə İttifaq sayəsində Həftərə böyük zərbə endirildi. Xəlifə Həftər üçün açar rolunu oynayan baza Türkiyə ilə müttəfiq olan qüvvələr tərəfindən alındı”.

“Vaşinqton Post”: “Türkiyənin regiondakı gücünün artması sayəsində Həftər bu il ağır zərbələr aldı”.

“Middle East Eye” (“Yaxın Şərqin Gözü”) Türkiyənin Liviya hökumətinə verdiyi silahlı dronlardan birinin Rusiya istehsalı olan “Pantsir” müdafiə sistemini hədəfə aldığı fotonu yayıb.

“Blumberq” (Bloomberg)  Həftərin BƏƏ, Misir və Rusiya muzdluları tərəfindən dəstəklənməsinə rəğmən ağır itkilər verdiyini, Liviya hökumətinin Türkiyədən aldığı dəstəyin döyüşün gedişatını dəyişdirdiyini yazıb.

İngiltərənin “Qardian” (The Guardian), “Teleqraf” (Telegraph) nəşrləri də bazanın itirilməsinin dönüş nöqtəsi olduğunu qeyd ediblər.

Hurriyyet.org