Türkiyədə partlayış – 2 şəhid, 1 yaralı

    9

    Türkiyə KİV-ə istinadən xəbər verir ki, Vanda PKK terrorçuları tərəfindən yola döşənən partlayıcını zərərsizləşdirmək üçün əraziyə mütəxəssislər göndərilib. Lakin bombanı zərərsizləşdirməyə çalışarkən partlayış baş verib. Partlayışda 2 polis məmuru şəhid olub, 1-i isə yaralanıb. Hadisə yerinə çoxlu sayda polis qüvvələri sövq edilib. Həmin küçəyə giriş və çıxış bağlanıb.