Türkiyə-İran sərhədində avtobus raketlə vuruldu – ŞƏHİD VƏ YARALILAR VAR

    24

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda, İranla sərhəddə yerləşən Gürbulak Gömrük İdarəsinə məxsus avtobusa raket atəşi açılıb. İdarənin bir nəfər əməkdaşı şəhid olub. Yaralılar var.

    Məsələ ilə bağlı açıqlama verən Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib: “Bu gün səhər 8.50-də Ağrı Gürbulak Gömrük İdarəsinin əməkdaşlarını aparan zirehli maşına atılan raket avtomobilin qabaq təkərlərinə dəyib. Güclü təkan nəticəsində yaralananlar var. Terrorçular təqib edilərək sıxışdırılıb. Hazırda atışma davam edir”.

    Bölgəyə çox sayda təcili yardım maşını, yanğınsöndürənlər, xilasedicilər və jandarma qüvvələri gətirilib. Hadisənin baş verdiyi sərhəd-keçid məntəqəsi təhlükəsizlik məqsədilə bağladılıb.

    Türkiyənin ticarət naziri Ruhsar Pekcan, avtobusa edilən xaincəsinə hücum zamanı bir gömrük idarəsinin bir nəfər əməkdaşının şəhid olduğunu söyləyib. Pekcan deyib: “Bu terror hücumunu qətiyyətlə pisləyir, şəhidimizə Allahdan rəhmət, ailəsinə və əzizlərinə başsağlığı, yaralı əməkdaşlarımıza şəfa diləyirəm”.

    Hurriyyet.org

    Картинки по запросу "Gürbulak Gümrük Müdürlüğü aracına roketli saldırı"