“Türkiyə beynəlxalq siyasi arenada yeni güc olaraq ortaya çıxır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

21

“Türkiyənin qələbəsi yeni Qafqaz siyasətini gətirəcək”

“Beynəlxalq siyasi-hərbi münasibətlər sistemində davam edən probelemlər dünyada yeni nizamın formalşamasına gətirib çıxaracaq. COVİD19 pandemiyası və bunun iqtisadi və siyasi münasibətlərə təsiri,  ABŞ və Çin arasında yeni müstəvidə başlayan siyasi-ticari münaqişə kifayət qədər qlobal miqyasda  problemələrə yol açacaq”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

“Rusiya, ABŞ və Avropa artıq Türkiyənin Orta Şərqdə varlığını qəbul etməkdədirlər”

Əsədullazadə qeyd edib ki, qlobal müstəvidə aparıcılıq uğrunda bir neçə ölkə mübarizə aparır: “Bunlar arasında daha fəal Türkiyə də var. Çünki Türkiyənin yerləşdiyi coğrafiya Şərqlə Qərb arasında mühüm geosiyasi kəsişmədi və Yaxın Şərqdə davam edən müharibədə əsas aktordu. Bundan əlavə, Aralıq dənizində hakim mövqeyi və Liviyada maraqlar toqquşmasında öz mövqeyini möhkəmləndirməsi Türkiyəni yaxın perspektivdə regional güc müstəvisindən daha da artıq mövqeyi güclənəcək. Liviyada davam edən müharibə böyük dövlətlərin maraq toqquşmasıdır və artıq Türkiyə rəsmi hakimiyyəti müdafiə etməklə, həlledici qələbə qazanır. Rusiya, ABŞ və Avropa artıq Türkiyənin Orta Şərqdə varlığını qəbul etməkdədirlər. Bir sözlə,  Azərbaycanın təbii müttəfiqi  Türkiyə  beynəlxalq siyasi areanada yeni güc olaraq ortaya çıxır”.

“Cənubi Qafqaz Türkiyə üçün gosiyasi strateji məkandı”

M. Əsədullazadənin sözlərinə görə, Türkiyənin Liviyada və Yaxın Şərqdə qələbə qazanması bu ölkənin Cənubi Qafqazda maraqlarının müdafiəsini şərtləndirir: “Çünki Cənubi Qafqaz Türkiyə üçün gosiyasi strateji məkandı və buradan Mərkəzi Asiyaya çıxış imkanıdır. Ona görə də Türkiyənin qələbəsi yeni Qafqaz siyasətini gətirəcək. Həmçinni Bakı-Tiflis-Qaras dəmiryolu Türkiyənin iqtisadi Qafqaz siyasətidir və buradan Mərkəzi Asiyaya açılımıdır. Türkiyə faktoru region üçün önəmlidir və geosiyasi müstəvidə bu labüd olacaq”.

“Rusiya artıq regional çərçivəyə sıxışır”

Əsədullazadənin fikrincə, hazırda Rusiyanın bundan sonra iqtisadi müstəvidə güc qazanması mümkün deyil: “Beynəlxalq siyasəti əvvəlki illər kimi aparıcı deyil. Artıq regional çərçivəyə sıxışır. Baş verənlər Türkiyənin rolunu gücləndirə bilər. Bu da Qarabağ münaqişəsində Ankaranın rolunu artıracaq”.

Şamo EMİN, Hurriyyet.org