Türkiyəyə qarşı qalmaqallı embarqo təklifi! 5 ölkə təklifin əleyhinə, 3-ü isə lehinə səs verdi

120

Fransa, Avstriya və Sloveniya Türkiyəyə qarşı

Hurriyyet.org xəbər verir ki, Yunanıstanda dərc edilən “To Vima” qəzetinin yazdığına görə, ötən həftə Avropa İttifaqı Şurasının iclasında Yunanıstanın təklifi ilə Türkiyəyə qarşı silah embarqosu tətbiq edilməsi təklifi səsə qoyulub. Səsvermədə Almaniya, İspaniya, İtaliya, Macarıstan təklifin əleyhinə, Fransa, Avstriya və Sloveniya isə lehinə səs verib. Digər ölkələr isə təklifə ciddi yanaşmayıblar.

Avropa İttifaqının bir ölkəyə qarşı embarqo, yaxud da sanksiya tətbiq eləməsi üçün bütün üzvlər qərarın lehinə səs verməlidir.